"Hələ ölümdən qurtulmadım" FOTO


Şou-biznes 12 İyn 2021 00:30:00 141 0

"Hələ ölümdən qurtulmadım"  FOTO

"Medcezir" və "Paramparça" kimi serialları ilə məşhurlaşan aktrisa Mine Tugay, sosial media paylaşımları ilə diqqət çəkməyə davam edir. Gözəl aktrisa sosial şəbəkədəki hesabından izləyicilərinin qorxularını soruşub. 

Son.azın sia-ya istinadən verdiyi məlumata görə, alınan cavablardan sonra izləyicilərinə dəstək mesajları göndərən Mine Tugay, pərəstişkarları ilə söhbət edərək, "Əks təqdirdə ruhi sağlamlığımızı qoruya bilmərik "deyib.

Digər tərəfdən, izləyicilərindən birinin "foto çərçivədə qalmaqdan qorxuram" sözlərini qiymətləndirib və "An onsuz da həbs olunmur, bəlkə də səni özündən uzaqlaşdıran şeydir" qeydini atıb.