"İnsan kök olanda bədəninin bəzi yerlərini açmamalıdır, arıqlayanda açarsan"


Şou-biznes 12 İyn 2021 02:15:00 198 0

"İnsan kök olanda bədəninin bəzi yerlərini açmamalıdır, arıqlayanda açarsan"

Müğənni İlhamə Qasımova Almaniyada birlikdə çalışdığı musiqi şirkətindən bəhs edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda canlı yayıma qoşulan sənətçi şirkətin şərtlərindən söz açıb:

"Toya gedə bilməzdim, çünki orada Azərbaycan mahnısı oxuyuram. Buna görə də əvvəlcə rəsmi açıqlama veməli idim. Başım ağrıyacaqdı. Olmazdı...".

İlhamə özünü zövqlü hesab etmədiyini deyib. O, imicində uzun illərdi dəyişiklik etməməsinin səbəbini açıqlayıb:

"Çox kökəm. Efirdə isə lap kök görünürəm. Bəzən məndən zövqlə bağlı nəsə soruşanda deyirəm, siyahıda ən sonuncuyam. Dəbin arxasınca düşmək başqadır. Biz xaricdə yaşayıb milyonlar qazanmırıq. Dəb üçün vəsaitin olmalıdır. İndi bloger kimi haralarlasa barter edirsən. Əvvəl belə deyildi".