Xomeyninin qaldığı ev inanılmaz qiymətə satışa çıxarıldı FOTO


Digərləri 11 İyn 2021 20:24:00 175 0

Xomeyninin qaldığı ev inanılmaz qiymətə satışa çıxarıldı  FOTO

İranın keçmiş dini lideri ayətullah Xomeyninin 1964-cü ildə Bursada qaldığı ev 20 milyon lirəyə satışa çıxarılıb. Ev sahibləri, 754 kvadrat metrlik evin xüsusi dəyəri olduğu üçün İran rəhbərliyinə satmaq istəyir.

Son.az türk mediasına istinadən xəbər verir ki, Xomeyni 1962-1963-cü illərdə şahın hakimiyyəti dövründə həbs olunub. Sonra 4 noyabr 1964-cü ildə Türkiyəyə sürgün edilib. İlk dəfə Ankaraya gətirilən Xomeyni bir müddət orada qaldıqdan sonra Bursaya aparılıb.

Mülk sahibi Eroğlu Xomeyninin təxminən 6-7 ay burada qaldığını deyib. "İranın 6-cı prezidenti Mahmud Əhmədinejad da buranı ziyarət edib. Onu satıb satmayacağımızı soruşmuşdu. O dövrdə satmağı düşünmürdük. İndi isə satırıq" deyib.

Kamran Seyidov Son.az