“Şenol hocam, övladlarım...” Ərdoğandan müraciət


Digərləri 11 İyn 2021 20:36:00 150 0

“Şenol hocam, övladlarım...”  Ərdoğandan müraciət

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Avro-2020"də milli komandalarının bugünkü oyunu ilə bağlı paylaşım edib.

Son.az qol.az-a istinadən xəbər verir ki, R.T.Ərdoğan rəsmi sosial şəbəkələri vasitəsi ilə bu sözləri yazıb: "Çox həyəcanlıyam. Bilirəm, hamımız həyəcanlıyıq. "Avro-2020"də bu gün bizim çocuqlar meydana çıxır. Şenol hocam, övladlarım... Nəticə nə olursa olsun, sizləri hər zaman sevdiyimizi bilin. Hər zaman yanınızdayıq. Allah yardımçınız olsun".

Xatırladaq ki, bu gün "Avro-2020"nin açılış oyununda Türkiyə və İtaliya komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.