Yer kürəsində QORXUNC AKTİVLƏŞMƏ Dünya əhalisindən gizlədilir


Dünya 11 İyn 2021 21:20:00 193 0

Yer kürəsində QORXUNC AKTİVLƏŞMƏ  Dünya əhalisindən gizlədilir

Norveç, ABŞ, Kanada və İngiltərədən olan elm adamları qrupu Arktikada buzlaqların əvvəllər düşünüləndən iki qat daha sürətlə əridiyini təsbit edib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "The Cryosphere" yazıb.

Tədqiqatçılar 2002-2018-ci illər arasında dəniz buzunun qalınlığını ölçüblər. Arktikanın yeddi dənizindən dördündə ortalama buz qalınlığının peykdən əldə edilən ənənəvi iqlim məlumatlarına nisbətən 60-100% arasında daha sürətlə azaldığı üzə çıxıb.

Alimlərə görə, dəniz buzunun qalınlığı Arktikadakı iqlim dəyişikliyinin göstəricisidir. Qlobal istiləşmə ən çox bu bölgədə özünü büruzə verir və burada orta temperaturun artması rekordları qırır, bu da quru və dənizdə buz təbəqələrində sürətlə əriməyə səbəb olur. Bölgədə gedən ümumi tendensiyanın gizlədilməsinə baxmayaraq, tədqiqatçılar bölgənin buz örtüyündə statistik olaraq əhəmiyyətli azalmalar aşkar ediblər.

Daha qalın buz izolyasiya və ya müdafiə qalxanı rolunu oynayır, qışda okeanın atmosferi qızdırmasından və ya yayda okeanı Günəş şüalarından qoruyur. Demək olar ki, incə buz layları yayda tamamilə əriyib yoxa çıxır.