8 yaşlı azərbaycanlı Rusiyada 1ci oldu VİDEO


Kriminal 11 İyn 2021 17:38:00 211 0

8 yaşlı azərbaycanlı Rusiyada 1ci oldu  VİDEO

8 yaşlı Ayan Əhmədzadə Rusiya və Qafqaz üzrə keçirilən beynəlxaq yarışmada birinci yerə layiq görülüb.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, Şəki Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdi olan Ayan Rusiyada keçirilən XV Ümumrusiya istedadlar "Söz və musiqi" müsabiqəsinə qatılıb.

Müsabiqədə Ədəbi-Musiqi Kompozisiya Nominasiyası üzrə 1-ci dərəcəli Laureat adına layiq görülərək, ölkəmizə birincilik kubokunu qazandırıb.

Şagirdi yarışmaya hazırlayan müəllimi Kübra Yusifova isə təşəkkürnamə ilə mükafatlandırılıb.