"Paşinyan ailəsi ilə belə normal münasibət qura bilmir"


Dünya 11 İyn 2021 10:48:00 172 0

"Paşinyan ailəsi ilə belə normal münasibət qura bilmir"

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik davam edir. Belə ki, seçkiöncəsi təşviqat kampaniyalarında siyasi qüvvələr bir-birini ifşa edir, opponentlər hətta təhqirlər yağdıraraq ailə məsələlərini belə gündəmə daşıyırlar.

Son.az unikal.org-a istinadən bildirir ki, ölkənin ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan çıxışı zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı aşağılayıb.

"Hətta ailəsi də Nikol Paşinyanla normal münasibət qura bilmir", - deyə Ter-Petrosyan bildirib.