Pedro Kastilyo Perunun yeni prezidenti seçilib


Dünya 11 İyn 2021 07:55:00 156 0

Pedro Kastilyo Perunun yeni prezidenti seçilib

"Azad Peru" radikal solçu partiyasının nümayəndəsi Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Amerika respublikasının Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bülletenlərin təxminən 99,2 %-i hesablanıb. Nəticələrə əsasən Kastilyoya 8 800 081 seçici (50,198 %) səs verib. 8 730 535 seçici (49,802 %) onun rəqibi, sağçı "Xalq gücü" partiyasından namizəd Keyko Fuximoriya səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi yaxud səsvermə hüququ olan vətəndaşların 25 %-dən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Səlahiyyət müddəti beş il olan yeni seçilmiş prezident iyulun 28-də vəzifəsinin icrasına başlayacaq.