ABŞ 100ə yaxın ölkəni koronavirus aleyhinə peyvəndlə təmin edəcək


Dünya 11 İyn 2021 08:39:00 161 0

ABŞ 100ə yaxın ölkəni koronavirus aleyhinə peyvəndlə təmin edəcək

ABŞ prezidenti Cozef Baydenin administrasiyası yay aylarında digər ölkələri yeni növ koronavirus əleyhinə peyvəndlə təminatlarını davam etdirmək niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin koronavirus yayılması ilə mübarizə üzrə koordinatoru Cef Zints deyib.

Koordinator xatırladıb ki, ABŞ daha əvvəl 100-ə yaxın gəlir səviyyəsinin az olduğu ölkəyə göndərmək üçün "Pfizer" şirkətindən 500 milyon doza koronavirusa qarşı peyvəndi almaq niyyətində olduğunu bildirib. C.Zints bu sayın ABŞ prezidentinin bir neçə həftə əvvəl elan etdiyi 80 milyon dozalara əlavə olduğunu açıqlayıb.

Mütəxəssis ABŞ-ın artıq digər ölkələrə göndərdiyi peyvəndlərin arasında "Johnson & Johnson" vaksininin olduğunu qeyd edib.