Bakıda iki qadını maşın vurdu


Digərləri 10 İyn 2021 23:58:00 193 0

Bakıda iki qadını maşın vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Cavanşir körpüsündə baş verib.

1977-ci il təvəllüdlü Hüseynova Sevda Alxas qızı və rəfiqəsi 1973-cü il təvəllüdlü Rəhimova Çiçək Bəxtiyar qızı yolu keçərkən onları avtomobil vurub.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib