Ermənistan ABŞ və Rusiyanı üzüzə qoydu


Siyasət 11 İyn 2021 00:30:00 86 0

Ermənistan ABŞ və Rusiyanı üzüzə qoydu

Son günlər Cənubi Qafqaz xüsusilə nəhəng dövlətlərin siyasi poliqonunu xatırlatmağa başlayıb. Regionda proseslərin xronologiyasına nəzər saldıqda soyuq savaşın getdiyini açıq-aşkar görmək mümkündür. Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasındakı delimitasiya, demarkasiya məsələləri, sərhəddə yaranan insidentlərlə bağlı fikirlər səsləndirməsi bu ehtimalları biraz da artırdı. 

Bu xəbəri də oxu: Nə oldu, Köçəryan?

"Qarabağda Rusiya-Türkiyə ortaq atəşkəsə nəzarət mərkəzi fəaliyyət göstərir. Bölgədə baş verənlərin birgə müşahidəsi Azərbaycan ərazisindəki texniki vasitələrdən istifadə etməklə həyata keçirilir. Bu, türk həmkarlarımızın prosesdə iştirak etdiyini hiss etməyə imkan verən ümumi razılaşmanın çox faydalı bir hissəsidir. Bu sabitləşdirici amildir", - açıqlamasını edən Rusiya xarici işlər naziri Sergey Lavrov bununla bir daha rəsmi Moskvanın Türkiyənin Cənubi Qafqaz regionunda mövcudluğunu qəbul etdiyini təsdiqlədi. Bəs Rusiya XİN rəhbərinin birdən-birə belə bəyanat səsləndirməsinin səbəbi nədir?

44 günlük müharibənin bitməsi növbəti soyuq müharibənin əsasını qoydu. Bunu regionda və dünyada gedən proseslərə nəzər saldığımız zaman daha aydın görmək mümkündür. Sanki ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin 2 gün əvvəl Bakıya səfəri və etdiyi açıqlamalar şimal qonşumuzu yuxudan ayıltdı. Dövlət katibinin müavininin Bakıdan səsləndirdiyi "Tərəfləri (Ermənistan-Azərbaycan) məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir" fikirlərdən bir gün sonra Rusiya XİN rəhbərinin belə bir açıqlama ilə çıxışı Kremlin bu Vaşinqton rəsmisinin Cənubi Qafqaza bu səfərinə görə ciddi narahatlıq keçirdiyindən xəbər verir.

Lavrovun ötən gün Qarabağ məsələsində Türkiyənin rolu ilə bağlı səsləndirdiyi fikirlər münaqişənin tənzimlənməsində Moskvadan əlavə yalnız Ankaranın əməyinin dəyərləndirilməsi kimi də şərh edilə bilər. XİN rəhbəri bu sözlərlə ATƏT-in Minsk Qrupunun digər iki həmsədr üzvündən biri ABŞ diplomatının Minsk Qrupunun sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak arzusuna adekvat cavab verdi. Rusiya tərəfi bu bəyanatla münasibətləri çox gərilən Moskva-Vaşinqton maraqları fonunda Türkiyə kimi müttəfiqi yanında saxlamaq, əlini kürəyində hiss etmək istəyir.

Filip Rikerin Bakıya, ardınca İrəvan səfəri planından sonra Rusiya təhlükənin artıq qapısına kimi gəlib çıxdığını anladı. Ən əsası anladı ki, Nikol Paşinyanın son Fransa səfəri zamanı Rusiyanın II Qarabağ müharibəsində onlara kömək etmədiyindən məğlub olduqlarını iddia edən və Ermənistan-Azərbaycan sərhəddində baş verən son insidentlər zamanı Moskvanın neytral mövqe tutmasına görə ittiham dolu fikirlər səsləndirməsi parlament seçkisi öncəsi təşviqat kompaniyasında yalnız daxili auditoriyaya göndərilən bir mesaj deyil, eyni zamanda Ermənistan hakimiyyətinin Qərb siyasəti yolunu tutmaqda israrlı olduğunun təsdiqidir. Konkretləşdirsək, Rusiya artıq başa düşdü ki, İrəvan Rusiyaya xəyanət etdi.

Lavrov Ermənistanın regiona gəlişini istəyən və bunun üçün son zamanlar bütün imkanlarını səfərbər edən Ermənistan hərbi-siyasi rəhbərliyinə "Qarabağın statusu məsələsi aktual deyil" deməklə İrəvana bəlkə də son dəfə barmaq silkələdi. Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Cozef Bayden arasında Ermənistanda parlament seçkisindən dərhal sonra - iyunun 26-da baş tutacaq görüş isə Cənubi Qafqazdakı proseslərin də hansı məcrada davam edəcəyinə böyük ölçüdə aydınlıq gətirəcək.

Təhməz Əsədov Son.az

Xalq Artisti evində "gözəllik salonu" açıb like
  • 11 İyn 00:20  
Şou-biznes Xalq Artisti evində "gözəllik salonu" açıb

Xalq artisti Mələkxanım Eyyubova evinin bir otağını baxım vasitələri ü

arrow Ətraflı
Paşinyan oğlunu Bakıya göndərir? like
  • 11 İyn 00:09  
Siyasət Paşinyan oğlunu Bakıya göndərir?

"Nikol Paşinyanın Azərbaycanın ələ keçirdiyi əsirlərə qarşılıq

arrow Ətraflı
Günün qoroskopu: Xoş ünsiyyət və yaxşı tanışlıqlar istisna deyil like
  • 11 İyn 00:01  
Digərləri Günün qoroskopu: Xoş ünsiyyət və yaxşı tanışlıqlar istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Sülhməramlılar Xocavənddə mina axtarır  FOTO like
  • 10 İyn 23:59  
Siyasət Sülhməramlılar Xocavənddə mina axtarır FOTO

"Rus sülhməramlıları Dağlıq Qarabağın Martuni (Xocavənd -red.) bö

arrow Ətraflı
Bakıda iki qadını maşın vurdu like
  • 10 İyn 23:58  
Digərləri Bakıda iki qadını maşın vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomob

arrow Ətraflı
Nə üçün insanlar 150 ildən çox yaşamır? like
  • 10 İyn 23:55  
Digərləri Nə üçün insanlar 150 ildən çox yaşamır?

Bir insan təxminən 120-150 il yaşaya bilər. Sinqapurdan olan rusiyalı aliml

arrow Ətraflı
“Ruslar getsə Qarabağda bir erməni də qalmaz...” like
  • 10 İyn 23:51  
Siyasət “Ruslar getsə Qarabağda bir erməni də qalmaz...”

Ermənistanın keçmiş prezidenti, "Erməni milli konqresi" partiyas

arrow Ətraflı
Söz gəzdirmək insan üçün hansı nəticələrə səbəb olur? like
  • 10 İyn 23:50  
Digərləri Söz gəzdirmək insan üçün hansı nəticələrə səbəb olur?

Söz gəzdirmək - nalayiq əməl olaraq, dinimizin nəzərinə görə kəbirə

arrow Ətraflı
Rəsmi Moskvadan Qarabağdakı minalanmış like
  • 10 İyn 23:49  
Siyasət Rəsmi Moskvadan Qarabağdakı minalanmış

"Rusiya, Kəlbəcər rayonunda mina partlaması nəticəsində azərbaycanl

arrow Ətraflı
Qəbir əzabını aradan aparan əməllər like
  • 10 İyn 23:40  
Digərləri Qəbir əzabını aradan aparan əməllər

Qəbir əzabı o həqiqətlərdəndir ki, hədislərimiz onun haqqında məlumat

arrow Ətraflı
Tanınmış azərbaycanlı xanım vəkil məhkəmə like
  • 10 İyn 23:34  
Digərləri Tanınmış azərbaycanlı xanım vəkil məhkəmə

Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qar

arrow Ətraflı
Kontradmiral Sübhan Bəkirov Pakistanda bir sıra görüşlər keçirib  FOTO like
  • 10 İyn 23:32  
Siyasət Kontradmiral Sübhan Bəkirov Pakistanda bir sıra görüşlər keçirib FOTO

Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi D

arrow Ətraflı
Orqanizmini tərtəmiz edəcək like
  • 10 İyn 23:25  
Digərləri Orqanizmini tərtəmiz edəcək

Bu tərəvəz şirəsi orqanizmi süngər kimi təmizləyir.

arrow Ətraflı
Bu insanlara behişt haram olur like
  • 10 İyn 23:20  
Digərləri Bu insanlara behişt haram olur

Söz gəzdirmək odur ki, kiminsə sözünü bir başqasına çatdırasan. Həmi

arrow Ətraflı
İnsanın ən üstün yadigarı nədir? like
  • 10 İyn 23:15  
Digərləri İnsanın ən üstün yadigarı nədir?

İnsanın bu dünyadan axirətə apara biləcəyi ən gözəl azuqə saleh əmə

arrow Ətraflı