Dostları ilə mərcləşib müəllimini yoldan çıxardı hər ikisini həbs gözləyir


Digərləri 11 İyn 2021 00:40:00 170 0

Dostları ilə mərcləşib müəllimini yoldan çıxardı  hər ikisini həbs gözləyir

Krasnoyarsk vilayətindəki kənd məktəblərindən birində yaşanan olay tək burada deyil, ətraf kəndlərdə də rezonans doğurub. Söhbət 14 yaşlı məktəbli Maksimin dostları ilə qeyri-adi mərcindən gedir.

Son.az kp.ru-ya istinadən xəbər verir ki, mübahisəsi isə belə olub ki, 27 yaşlı rus dili müəlliməsinin ağlını başından çıxaracaq. Mərcin məbləği isə 1000 rubl olub və dörd ay müddətində mərci udmalıymış. Diqqəti özünə cəlb edərək müəllimə ilə dostlaşmağa müvəffəq olub. Sonra isə Maksim etiraf edib ki, aralarında sevgi yarandığından mərci ləğv edib. Aralarında eşq dastanı intim münasibətlərə kimi gedib çıxıb.

Bu münasibət hər kəsə, hətta müəllimənin ərinə də gedib çıxıb. Maraqlıdır ki, müəllimə özü polisə gəlib məktəbli ilə əlaqəsi barədə məlumat verib. Sonra işdən çıxıb başqa kəndə gedib. Onun barəsində cinayət işi qaldırıldığı barədə məlumat yoxdur. Lakin müstəntiqlər onun şərti iş ala biləcəyini istisna etmirlər. Şagirdi isə artıq dəqiq həbs gözləyir.