Bu 3 amil insanın qəlbini sərtləşdirər


Digərləri 10 İyn 2021 23:10:00 212 0

Bu 3 amil insanın qəlbini sərtləşdirər

"Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu". ("Bəqərə" 74).

Bəli, insan qəlbi də daş kimi bərkiyə bilir.

Bəs onun bərkiməsinə hansı amillər təsir edir?

Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey qəlbi sərtləşdirər: yersiz söz eşitmək, ov etmək, əmirin sarayına gedib-gəlmək".

O kəsin ki, peşəsi heyvanları öldürmək olar, zaman keçdikcə qəlbində rəhm hissi azalar və yerini qəddarlıq və qəsavət alar. Həmçinin o kəs ki, davamlı olaraq əmirin sarayına gedib-gələr öz gözləri ilə insanlara necə zülm edildiyini görər. Lakin zaman keçdikcə bu hiss onda adi hala keçər və artıq bu kimi əməllər ona təsir etməz.

İmam Sadiq (ə) buyurur: "Allah Musaya vəhy edir: "Ey Musa! Çoxlu mala görə sevinmə, hər bir halda Allahı yada salmaqdan əl çəkmə. Çünki, çoxlu mal günahları insana unutdurar və Məni yada salmağı tərk etmək qəlbləri sərt edər"".