"Qara kif" qapımıza dayandı Risk altında olanlar


Digərləri 10 İyn 2021 22:25:00 183 0

"Qara kif" qapımıza dayandı  Risk altında olanlar

Hindistanda 200-dən çox insanın ölümünə səbəb olan "qara kif" infeksiyası Misirdən sonra İraqa da yayıldı.

Son.az medicina.az-a istinadən bildirir ki, "qara kif" xəstəliyi ilə bağlı açıqlamalar verən türkiyəli mütəxəssis Aytaç Karadağ xəstəliyin yoluxucu olmadığını, amma bəzi insanların risk altında olduğunu bildirib:

"Çevrəmizdə göbələk miqdarının artdığı yay ayları və havadakı göbələk kifləri ilə nəfəs almaq xəstəliyin yayılmasına səbəb ola bilər".

YOLUXMAMAQ ÜÇÜN MÜTLƏQ BUNLARI EDİN!

"Qara kif" xəstəliyi yoluxucu deyil. Şəxsi gigiyenanıza fikir vermək infeksiyadan qorunmaqda ən önəmli yoldur. Zəifləmiş immun sisteminiz varsa, gücləndirməlisiniz. Maska taxmaq və bütün yaraları sağalana kimi sarmaq göbələk infeksiyalarının qarşısını almağa kömək edər".

ƏLAMƏTLƏRİ:

"Qara kif özünü nəfəs yolu və ya dəri infeksiyası olaraq göstərir". Öksürək Temperatur Baş ağrısı Burun tıxanıqlığı Sinüs ağrısı Dəridə qaralma Qızarıqlıq Şişlik Xora