“Psixoloji travma keçirdim, canımdan bezmişəm...“ Xalq artisti


Şou-biznes 10 İyn 2021 20:42:00 194 0

“Psixoloji travma keçirdim, canımdan bezmişəm...“  Xalq artisti

Bu gündən etibarən ölkəmizdə iri ticarət mərkəzləri, "Mall"lar, idman zalları, məscidlər fəaliyyətə başlayır.

Bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva artıq teatrların da açılmalı olduğunu deyib:

"Əgər "Mall"lar, idman zalları açılırsa, teatrlar da açılmalıdır. Təbii ki müəyyən qaydalar olmalıdır. Gələcəkdə yarana biləcək böyük fəsadların qarşısı alınmalıdır. Məsafəni gözləməklə, girişdə temperaturu ölçməklə insanlara teatrlara gəlməyə şərait yaradıla bilər. Mütləq teatrlar açılmalıdır, elə tək "Mall"lara getməklə, idman zallarına getməklə olmur. İnsanlara mənəvi qida da lazımdır. Teatra gələnlər mənəvi qidalanırlar, rahatlıq tapırlar. Mən bunu aktrisa kimi demirəm, inanın mənə, vətəndaş kimi deyirəm. Bizim tamaşalara heç vaxt teatra gəlməyən insanlar gəlib, deyiblər ki, biz rahatlıq tapdıq, sanki tamaşada özümüzü gördük. Ona görə mənə elə gəlir ki, tezliklə teatrların açılması mütləqdir. Məktəblilərimiz, tələbələrimizə, gələcək nəslimizə teatr mütləq lazımdır".

Onun sözlərinə görə, aktyorlar evdə qalmaqdan öz plastikasını itirib, psixoloji travma alıblar: