Qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb oldu


Dünya 10 İyn 2021 18:48:00 135 0

Qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb oldu

Çinin Heyloncian vilayətində iyunun 1-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dolu ilə müşayiət olunan qasırğa Şanci şəhərində 146 evin, o cümlədən fermer təsərrüfatının, kiçik istehsal sahələrinin dağılmasına səbəb olub. Ərazidən 250-yə yaxın sakin təxliyə edilib.