800 minlik borc məsələsinə aydınlıq gətirildi


Digərləri 10 İyn 2021 17:12:00 155 0

800 minlik borc məsələsinə aydınlıq gətirildi

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun bağ evində, restoranında və istirahət mərkəzində ustaları işlədərək 800 min manat pulu ödəməməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən mediada yayılan xəbərlərdə qeyd edilib ki, məhkəmə A.Məhərrəmova qarşı iddianı təmin edib və keçmiş rektorun 800 min manatı ödəməli olduğu barədə qərar çıxarıb.

Məhkəmənin yekun qərarı ilə bağlı məlumatı dəqiqləşdirmək üçün A.Məhərrəmovun vəkili Altay Əfəndiyevlə əlaqə saxladıq.

A.Əfəndiyev bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: "Biz çıxış edərək iddiaya etirazımızı bildirdik və arqumentlərimizlə bağlı müvəkkilimin razılığı olmadan geniş açıqlama verə bilmərəm. Hakim zalda iddianın rədd edildiyini elan etdi və sənədlərə də bu formada qeyd edilib".

İddiaya görə, hakim zalda A.Məhərrəmovun əleyhinə qərar qəbul edildiyini bildirsə də, sonradan qərar dəyişdirilib.

Vəkil Əfəndiyev bildirib ki, belə bir halın baş verməsi mümkün deyil və yalandır.

Məhkəmə işi üzrə A.Məhərrəmovla yanaşı Nəbi Ramazanlı adlı şəxs də cavabdeh kimi prosesə cəlb edilib.