Sumqayıtda ana və 18 yaşlı qızın etdiyi cinayət


Kriminal 10 İyn 2021 14:24:00 76 0

Sumqayıtda ana və 18 yaşlı qızın etdiyi cinayət

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, nəticədə külli miqdarda, yəni, 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassayə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Polis İdarəsinə şəhər ərazisində "Qəmər" və "Sədat" adlı şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilmiş Sumqayıt şəhər sakinləri Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib. Polislər tərəfindən saxlanılan zaman Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə "metamfetamin" aşkar olunaraq götürülüb. O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib. Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram "metamfetamin", 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən "Metadon" həbləri aşkar olunaraq götürülüb.

Qeyd edək ki, ailə üzvlərinin evlərindən və üzərlərindən aşkar olunan narkotik vasitələr hazır bükümlər şəklində olub. Bu isə onu deməyə əsas verir ki, Qəmər Cəfərova və qızı Sədat saxlanılan günə qədər narkotik vasitələrin satışı ilə məşğul olublar.

Bundan başqa Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Qəmər və Sədat Cəfərovalara məxsus narkotik vasitələrin şəhər ərazisinin müxtəlif yerlərində satışını həyata keçirən şəxs də saxlanılıb. Əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Sultanov tutulub. Onun üzərindən ümumilikdə 30 qrama yaxın heroin aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı o, narkotik vasitələri Sədat Cəfərovadan satmaq məqsədi ilə aldığını bildirib.

Sumqayıt ŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən daha bir nəfər şəhər sakini Rəşad İbrahimli də saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdə 628 qram heroin və metamfetamin, eləcə də, 8 ədəd "Metadon" həbi aşkar edilib. Rəşad İbrahimli ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə satmaq məqsədi ilə Sumqayıt şəhəri ərazisinə gətirdiyini bildirib.

Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Putinlə Bayden bu villada görüşəcək like
  • 10 İyn 14:00  
Dünya Putinlə Bayden bu villada görüşəcək

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Cozef Bayden bu gün görüşəc

arrow Ətraflı
Dollara tələb azalır: Hərraclarda 365 milyon dollar satılmamış qaldı like
  • 10 İyn 13:09  
Digərləri Dollara tələb azalır: Hərraclarda 365 milyon dollar satılmamış qaldı

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hə

arrow Ətraflı
Hikmət Məmmədovun qəhrəmanlıq yolu like
  • 10 İyn 13:06  
Digərləri Hikmət Məmmədovun qəhrəmanlıq yolu

Aprel döyüşlərində bərkiyərək, azğın düşmənlərə dəmir yumruğunu

arrow Ətraflı
Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üzüzədir like
  • 10 İyn 13:03  
Siyasət Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üzüzədir

Fransada ermənilərin küçədə qrup şəklində Qambiyadan olan Yusuf adlı q

arrow Ətraflı
Çində 26 il əvvəl oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub like
  • 10 İyn 13:00  
Dünya Çində 26 il əvvəl oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub

Çində 26 il əvvəl uşaqkən oğurlanmış şəxs yenidən valideynlərinə q

arrow Ətraflı
Dövlət bu sahibkarlara dəstək göstərəcək like
  • 10 İyn 12:57  
Digərləri Dövlət bu sahibkarlara dəstək göstərəcək

Şəhid ailə üzvləri və qaziləri işə götürən sahibkarlara dəstək gö

arrow Ətraflı
Gəncədə güclü yağışın fəsadları like
  • 10 İyn 12:54  
Digərləri Gəncədə güclü yağışın fəsadları

Son.az Real TV-yə istinadən Gəncədə güclü yağışın fəsadları barəd

arrow Ətraflı
Sahibkarlar şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olmalıdır like
  • 10 İyn 12:51  
Digərləri Sahibkarlar şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olmalıdır

1400-dən çox şəhid ailə üzvləri və qazi işlə təmin edilib. İşəgöt

arrow Ətraflı
Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov like
  • 10 İyn 12:48  
Digərləri Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov

''Ata məndən nigaran qalmayın. Qardaşımla birlikdə bir qarış tor

arrow Ətraflı
TƏBİBdən vaksinasiya ilə bağlı like
  • 10 İyn 12:46  
Digərləri TƏBİBdən vaksinasiya ilə bağlı

Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif

arrow Ətraflı
"Mall"ların ilk iş günü: like
  • 10 İyn 12:45  
Digərləri "Mall"ların ilk iş günü:

Bu gündən etibarən iri ticarət mərkəzləri, "Mall"lar fəaliyyə

arrow Ətraflı
Baş nazir bu qaydanı ləğv etsə də, hələ də tələb edilir like
  • 10 İyn 12:43  
Digərləri Baş nazir bu qaydanı ləğv etsə də, hələ də tələb edilir

Qanunla ləğv edilsə də, hələ də Azərbaycana uçan bütün təyyarələrd

arrow Ətraflı
Aqşin Fateh atasından pul oğurladığını etiraf etdi: “Halallıq istəyirəm” like
  • 10 İyn 12:42  
Şou-biznes Aqşin Fateh atasından pul oğurladığını etiraf etdi: “Halallıq istəyirəm”

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı

arrow Ətraflı
Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət  VİDEO like
  • 10 İyn 12:40  
Digərləri Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət VİDEO

Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirl

arrow Ətraflı
Azərbaycanda məhkəmə sədri vəfat etdi like
  • 10 İyn 12:39  
Digərləri Azərbaycanda məhkəmə sədri vəfat etdi

Azərbaycanda məhkəmə sədri vəfat edib.

arrow Ətraflı