Bu proseslə vətəndaşlarımızın məhkəmələrə əlçatanlığı təmin olunacaq


Digərləri 10 İyn 2021 15:18:00 195 0

Bu proseslə vətəndaşlarımızın məhkəmələrə əlçatanlığı təmin olunacaq

Masallı Məhkəmə Kompleksi istifadəyə verilənə qədər dörd kollegiyadan ibarət tərkibdə fəaliyyət göstərən Şirvan Appellyasiya məhkəməsi Şirvan şəhərində fəaliyyət göstərirdi. Hazırkı məhkəmə kompleksi istifadəyə verildikdən sonra Şirvan Appellyasiya Məhkəməsinin iki kollegiyasının hər birindən bir tərkib öz işlərini burada həyata keçirəcək. Bunda məqsəd ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması ilə yanaşı, həm də vətəndaşlarımızın məhkəmələrə əlçatanlığının təmin olunmasıdır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Masallı Məhkəmə Kompleksində təşkil olunmuş mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib.