Moskvada erməni terrorçu "anılacaq" FOTO


Siyasət 10 İyn 2021 15:00:00 150 0

Moskvada erməni terrorçu "anılacaq"  FOTO

Rusiyadakı erməni diaspor təşkilatları iyunun 12-də "Avo" ləqəbli Monte Melkonyanın xatirə gecəsini keçirəcəklər.

Tədbir Moskvada təşkil olunacaq. Bilavasitə təşkilatçı və maliyyəçi Rusiya Ermənilər İttifaqıdır.

Kəlbəcər rayonunu işğal edilməsində müstəsna "xidmət"i olan, minlərlə azərbaycanlının qətlə yetirilməsinin təşkilatçısı və rəhbəri kimi ad çıxarmış M.Melkonyan Ermənistanda milli qəhrəman sayılır.

Ermənilər hər ilin iyunun 12-ni "Monte günü" kimi qeyd edirlər.

Terrorçu və cəllad Monte Melkonyanın kim olduğunu onun qardaşı Markar Melkonyan "Qardaşımın yolu" kitabında dəqiq göstərib.

Kitab ABŞ vətəndaşı olmuş goreşən M.Melkonyanın xarakterini tam göstərir:

Həmin "əsər"dən qısa hissəni təqdim edirik. Bildirək ki, Monte Melkonyanın ləqəblərindən biri də "Keçəl" idi:

"... Hələ 1990-cı ioin noyabrında Keçəl gənc azərbaycanlı Səidi oğurlamışdı. Səidlə yanaşı, onun qırmızı "Jiquli"si də oğurlanmışdı.

Səidi gətirdilər, İrəvan yaxınlığındakı kottecin divarına zəncirlədilər. Bir ay zəncirdə, küləyin, qarın altında qaldı.

1991-ci il başlamamış, Yeni İl ərəfəsində Keçəl və dostları, habelə yerli milis əməkdaşı və onların dostu Ardaq əsir Səidi İrəvanın yanındakı Yerablur məzarlığına apardılar. Orada Səidi döyərək Montenin Harut adlı dostunun məzarı qarşısında diz çökdürdülər.

Sonra üç uşaq atası Keçəl azərbaycanlı Səidin boğazını küt bıçaqla kəsməyə başladı.

Səid əvvəlcə qışqırdı, amma sonra onun qışqırığı inilti, xırıltı ilə əvəzləndi. Ardaq buna dözə bilmədi və bıçağı Səidin ürəyinə sapladı.

Monte ilə Ardaq səidin qanını Harutun məzarına tökərək getdilər.

Bir qədər keçdi, dostu Keçəldən qızının xaç atası olmasını istədi.

Kilsəyə getdik.

Vəftiz zamanı keşiş dua oxuyanda qəflətən Səidin inilti səsi gəldi.

Keçəl qorxdu, huşunu itirib yıxıldı.

Özünə gələndə keşişdən soruşdu: "Tanrımız köpəkdən qisas almaq üçün onu öldürəni nə zamansa əfv edirmi?"

Keşiş Keçələ diqqətlə baxıb dedi: "Baxır o köpək dördayaqlı olub, ya ikiayaqlı".

... Azərbaycanlıarı "köpək" sayan köpək elə insanlıq, şərəf, ləyaqət və namus hisslərindən bilmərrə məhrum olmuş Monte Melkonyandı.

Və heç təsadüfi deyil ki, köpək ömrü yaşamış Melkonyan Qarabağda elə köpək kimi də gəbərdi.

Azərbaycan əsgərinin dəqiq atəşi ilə...

Orxan Hun Son.az