Ərini və baldızını yatdığı yerdə öldürdü


Digərləri 10 İyn 2021 12:33:00 138 0

Ərini və baldızını yatdığı yerdə öldürdü

Osmaniyyədə (Türkiyə) qadın ərini və baldızını bəlli olmayan səbəbdən yatdıqları yerdə ov tüfəngiylə başlarından vuraraq öldürüb.

Son.az haberler.com-a istinadən xəbər verir ki, hadisə zamanı evdə olan qayınana özünü çölə atmaqla xilas edib. Hadisə ilə bağlı istintaq başladılıb.

Hadisədən sonra Gülten adlı qadın jandarmaya zəng edərək ərini və baldızını silahla vurduğunu söyləyib. Hadisə yerinə gələn həkim qruplarının ilk müayinəsində silahla vurulan Süleyman U. və Ela U.-nun hadisə yerində öldüyü təyin edilib.

Kamran Seyidov Son.az