Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üzüzədir


Siyasət 10 İyn 2021 13:03:00 89 0

Fransa erməni təəssübkeşliyinin acı nəticələri ilə üzüzədir

Fransada ermənilərin küçədə qrup şəklində Qambiyadan olan Yusuf adlı qaradərilini döyərək qətlə yetirmələri ermənilərin digər millətlərə, irqlərə nifrətlə yanaşmasının daha bir göstəricisidir.

Bu xəbəri də oxu: Nə oldu, Köçəryan?

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu faciəvi hadisə eyni zamanda erməni rasizminin təzahürüdür: "Bu, ermənilərin digər millətlərə qarşı törətdiyi ilk cinayət deyil. Tarix boyu ermənilər bir çox xalqların nümayəndələrinə qarşı terror və cinayətlər törədiblər. Tarixə nəzər salsaq ermənilərin digər millətlərin nümayəndələrini qətlə yetirmək üçün çoxlu sayda terror təşkilatları yaratmalarının şahidi olarıq.

1887-ci ildə Cenevrədə yaradılan "Hnçak" erməni terror təşkilatı 1890-1892-ci illərdə, yəni üç il ərzində 65 000 silahsız müsəlmanı - türkləri və kürdləri məhv edib. "Hnçak" terror təşkilatının erməni cəza dəstələrinin qubanları arasında qocalar, qadınlar, uşaqlar da vardı.

Bundan başqa "Armenakan", ASALA, "Geqaron" kimi terror təşkilatların digər millətlərin nümayəndələrinə qarşı törətdiyi terror hadisələri hər kəsə yaxşı məlumdur.

Fransa isə ermənilərin daim sərbəst hərəkət etdikləri bir ölkə olub. "Orli qrupu" adlanan terror təşkilatı 1981-ci ildə məhz Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb və təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib, bir çox millətlərin nümayəndələrini qətlə yetiriblər.

Bundan əlavə "Erməni azadlıq hərəkatı" da (AOD) 1991-ci ildə Fransada yaradılıb və terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir".

Deputat qeyd edib ki, ermənilər bu gün də terror əməllərini davam etdirməkdədir: "Fransada Makronun ermənipərəst açıqlamalarından həvəsə düşən ermənilər özlərini burada immunitetli hesab edərək özbaşınalıqlara başlayırlar. Belə görünür ki, Makronun erməni təəssübkeşliyi sonradan Fransa üçün ciddi problemlər yaradacaq və elə hazırda yaratmaqdadır. Fransada minlərlə afrikalı ermənilərin törətdikləri bu vəhşiliyə görə kütləvi şəkildə küçələrə axışıb. Onlar etiraz aksiyalarında qətlə yetirilmiş Yusuf adlı qambiyalı üçün Fransadan ədalət tələb edirlər. İndi Fransa dövləti minlərlə insanı sakitləşdirməli və ermənilərin törətdiyi qətlə görə cavab verməlidir. Budur Fransanın erməni təəssübkeşliyinin acı nəticələri. Əgər bu tendensiya davam edərsə, ermənilər Fransada daha çox qətllər törədəcək və ölkə daxilində ciddi gərginlik yaranacaq".

A.Həsənova vurğulayıb ki, ermənilər heç zaman yaşadıqları cəmiyyətlərdə insanlarla səmimi davranmayıblar, ortaq dil tapmağı bacarmayıblar və məqamı gələn zaman öz xislətlərini ortaya qoyublar: "Bu gün Ermənistanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Elə bu məqamın özü ermənilərin başqa millətlərin nümayəndələrinə qarşı nə qədər böyük nifrət hisslərinin olduğunu aydın şəkildə ortaya qoyur".

Çində 26 il əvvəl oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub like
  • 10 İyn 13:00  
Dünya Çində 26 il əvvəl oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub

Çində 26 il əvvəl uşaqkən oğurlanmış şəxs yenidən valideynlərinə q

arrow Ətraflı
Dövlət bu sahibkarlara dəstək göstərəcək like
  • 10 İyn 12:57  
Digərləri Dövlət bu sahibkarlara dəstək göstərəcək

Şəhid ailə üzvləri və qaziləri işə götürən sahibkarlara dəstək gö

arrow Ətraflı
Gəncədə güclü yağışın fəsadları like
  • 10 İyn 12:54  
Digərləri Gəncədə güclü yağışın fəsadları

Son.az Real TV-yə istinadən Gəncədə güclü yağışın fəsadları barəd

arrow Ətraflı
Sahibkarlar şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olmalıdır like
  • 10 İyn 12:51  
Digərləri Sahibkarlar şəhid ailələri və qazilərin məşğulluğuna dəstək olmalıdır

1400-dən çox şəhid ailə üzvləri və qazi işlə təmin edilib. İşəgöt

arrow Ətraflı
Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov like
  • 10 İyn 12:48  
Digərləri Vətən müharibəsinin qəhrəman şəhidi Ziyəddin Rəşidov

''Ata məndən nigaran qalmayın. Qardaşımla birlikdə bir qarış tor

arrow Ətraflı
TƏBİBdən vaksinasiya ilə bağlı like
  • 10 İyn 12:46  
Digərləri TƏBİBdən vaksinasiya ilə bağlı

Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif

arrow Ətraflı
"Mall"ların ilk iş günü: like
  • 10 İyn 12:45  
Digərləri "Mall"ların ilk iş günü:

Bu gündən etibarən iri ticarət mərkəzləri, "Mall"lar fəaliyyə

arrow Ətraflı
Baş nazir bu qaydanı ləğv etsə də, hələ də tələb edilir like
  • 10 İyn 12:43  
Digərləri Baş nazir bu qaydanı ləğv etsə də, hələ də tələb edilir

Qanunla ləğv edilsə də, hələ də Azərbaycana uçan bütün təyyarələrd

arrow Ətraflı
Aqşin Fateh atasından pul oğurladığını etiraf etdi: “Halallıq istəyirəm” like
  • 10 İyn 12:42  
Şou-biznes Aqşin Fateh atasından pul oğurladığını etiraf etdi: “Halallıq istəyirəm”

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı

arrow Ətraflı
Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət  VİDEO like
  • 10 İyn 12:40  
Digərləri Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət VİDEO

Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirl

arrow Ətraflı
Azərbaycanda məhkəmə sədri vəfat etdi like
  • 10 İyn 12:39  
Digərləri Azərbaycanda məhkəmə sədri vəfat etdi

Azərbaycanda məhkəmə sədri vəfat edib.

arrow Ətraflı
Gümrüdə siyasi toqquşma like
  • 10 İyn 12:36  
Digərləri Gümrüdə siyasi toqquşma

Gümrüdə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan

arrow Ətraflı
Ərini və baldızını yatdığı yerdə öldürdü like
  • 10 İyn 12:33  
Digərləri Ərini və baldızını yatdığı yerdə öldürdü

Osmaniyyədə (Türkiyə) qadın ərini və baldızını bəlli olmayan səbəbd

arrow Ətraflı
Gülay Zeynallı üçün ÖZƏL GÜN like
  • 10 İyn 12:30  
Şou-biznes Gülay Zeynallı üçün ÖZƏL GÜN

Bu gün müğənni Gülay Zeynallının doğum günüdür.

arrow Ətraflı
"Manaf nəyimə lazımdır ki, onunla duet oxuyum" like
  • 10 İyn 11:06  
Şou-biznes "Manaf nəyimə lazımdır ki, onunla duet oxuyum"

"Heç Manafla duet oxumaram. Manaf nəyimə lazımdır. Manafla tanınmamı

arrow Ətraflı