Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət VİDEO


Digərləri 10 İyn 2021 12:40:00 177 0

Çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət  VİDEO

Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. 

Son.az müraciətin punktlarını təqdim edir:

- çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!

- qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir.

- özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

Həmçinin, qadağandır:

- nəzərdə tutulmamış ərazilərdə çimmək!

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

- küləkli havada dənizə girmək!

- çimərlikdə gecələmək!

- sərxoş halda çimərlikdə olmaq!