Ziyarətçilər gücümüzü öz gözləri ilə görürlər


Digərləri 10 İyn 2021 11:00:00 205 0

Ziyarətçilər gücümüzü öz gözləri ilə görürlər

Bakıda salınan Hərbi Qənimətlər Parkı bu gün də paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla ziyarət olunur.

Son.az Trend-ə istinadən bildirir ki, Hərbi Qənimətlər Parkı aprelin 14-dən etibarən fəaliyyətə başlayıb.

Hərbi Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında "məğlubedilməzlik" mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyur.

Park vətəndaşlar tərəfindən böyük maraqla ziyarət olunur. Parkda apardığımız müşahidələr zamanı daha çox gənclərin, uşaqların parkı ziyarət etdiyinin şahidi olduq. Azərbaycanın gələcəyi olan bu uşaqlar tarixi Zəfərin kiçik detallarını, dövrün reallığını öz gözləri ilə görür və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbəni necə qazandığını öyrənirlər.

Hərbi Qənimətlər Parkından hazırlanmış fotoreportajı sizə təqdim edirik:

Son.az