Rusiyada avtobus piyadaları vurdu


Dünya 10 İyn 2021 10:42:00 181 0

Rusiyada avtobus piyadaları vurdu

Rusiyanın Sverdlovsk vilayətində avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az "TASS" agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi ağır vəziyyətdədir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, avtobusun əyləci tutmayıb və dayanacaqda gözləyən piyadaları vurub.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb edilib.

Son.az