Qazaxıstanda koronavirusa yoluxma sayında azalma qeydə alınıb


Dünya 10 İyn 2021 09:14:00 203 0

Qazaxıstanda koronavirusa yoluxma sayında azalma qeydə alınıb

Qazaxıstanda may ayının əvvəlindən bəri koronavirusa yoluxma sayı 2,1 dəfə azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bildirib.

Onun sözlərinə görə, Ümumilikdə ölkə üzrə koronavirus infeksiyası ilə xəstələnmə sayında azalma davam edir:

"Son bir həftə ərzində aşkar olunan koronavirusa yoluxma sayı 11 mindən 8 minə və ya keçən həftəyə nisbətən 1,3 dəfə azalıb. May ayının əvvəlindən bəri xəstələnmə sayı 2,1 dəfə azalıb".

Son.az