Mumbayda binanın çökdü: ən az 11 nəfər ölüb


Dünya 10 İyn 2021 08:34:00 168 0

Mumbayda binanın çökdü: ən az 11 nəfər ölüb

Hindistanın Mumbay şəhərində dördmərtəbəli bina çöküb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə India Today jurnalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ən az 11 nəfər həlak olub. Çökmə zamanı evdə uşaqlar da daxil olmaqla çox sayda insan olub.

Xilasedicilər dağıntılar altından 15 nəfəri çıxara biliblər. Bildirilib ki, hadisənin səbəbi güclü yağışlar ola bilər.