Türkiyədə son sutkada koronavirusdan 6 647 nəfər sağalıb


Dünya 10 İyn 2021 07:25:00 141 0

Türkiyədə son sutkada koronavirusdan 6 647 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 87 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 428 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 454 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 306 690 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 6 647 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 179 833 nəfər təşkil edir.