Bakıda avtomobil sərnişin avtobusuna çırpılıb FOTO


Digərləri 09 İyn 2021 23:20:00 175 0

Bakıda avtomobil sərnişin avtobusuna çırpılıb  FOTO

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobili dayanacaqda dayanan 81 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.