Koronavirusdan sonrakı YENİ TƏHLÜKƏ


Digərləri 10 İyn 2021 00:30:00 182 0

Koronavirusdan sonrakı YENİ TƏHLÜKƏ

"Əgər əlaqələr varsa, o zaman bütün infeksiyaların bütün respublikalara daşınma imkanı da var".

Bunu Son.az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri bildirib ki, dünyada yayılmağa başlayan "Qara kif" göbələk xəstəliyinin bir növüdür:

"Maraqlıdır ki, bu infeksiyaların yayılma mexanizmi nədir. Əgər hava-damcı yolu ilə yayılan bir infeksiyadırsa, onun yayılma prosesi daha da asanlaşa bilər. Amma Mukormikoz ("Qara kif") yeni bir şey deyil. O köhnədən elmə bəlli olan bir şeydir. Mukormikoz göbələk xəstəliyinin bir növüdür. Əvvəllər bu xəstəlik daha çox idi, bugün daha az müşahidə olunur və ciddi bir potologiya da yaratmırlar. Ona görə də hələ bugün üçün elə bir stress yaşamaq lazım deyil ki, Mukormikoz xəstəliyi bizim respublikaya da gəlib çıxacaq, artacaq. 

Narahat olmağa əsas yoxdur. "Qara kif"də göbələk xəstəliyinin əlamətləri olur, orada fərqli elə bir şey yoxdur. Göbələkdə qaşınma, sulanma olur, heç onda o da olmur. Bir ildən çoxdur dünyanı cənginə alan COVİD pandemiyasından fərqli olaraq Mukormikozda koronavirusdakı təhlükələr yoxdur".

Qeyd edək ki, "Qara göbələk" dediyimiz və Hindistanda yayılan bu xəstəlik vanna otaqları, divarların dibi və meşələr kimi nəm yerlərdə, anaerob (oksigensiz) mühitdə inkişaf edir.

Təhməz Əsədov Son.az