Vəzifəli şəxs arvadını şəhərin mərkəzində LÜT GƏZDİRDİ


Digərləri 09 İyn 2021 23:34:00 211 0

Vəzifəli şəxs arvadını şəhərin mərkəzində LÜT GƏZDİRDİ

Yəqin ki, hər bir şəxs Ledi Qodiva haqqında bir dəfə də olsa eşidib. Cəsur qadın şəhərin küçələrində at belində çılpaq gəzmək qərarına gəlir ki, sakinlər vergidən azad edilsinlər. Bu personaj Britaniyada o qədər məşhurdur ki, bütün sakinlər onun haqqında danışılan rəvayətlərin real olmasına inanır.

Son.az 11-ci əsrin əvvəllərinə aid olan unikal bir hadisəni oxucuların diqqətinə çatdırır. Əslində həqiqətənmi xanım Qodiva ümumi rifah naminə əynindəki bütün paltarları çıxararaq şəhərdə dolaşıb? Bu sualı aşağıdakı icmalda aydınlaşdırmağa çalışacağıq.

Əfsanədə deyilir ki, gözəl xanım Qodiva qraf Leofrikin (968-1057-ci illər) xanımı idi. Onun həyat yoldaşı Koventri şəhər sakinlərini çox ağır vergilərə məruz qoymuşdu. İnsanlara mərhəmətlə yanaşan xanım Qodiva bir neçə dəfə qrafa vergiləri azaltması üçün yalvarır. Onun təkidlərindən bezən qraf Leofrik deyir: "Əgər sən at belində şəhərin küçələrində çılpaq gəzsən, o zaman vergiləri ləğv edəcəyəm". O, əmin idi ki, bu cür şərt, ərinə sədaqətli Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri isə təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Və nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.

Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri o an kor olur.

İlk dəfə bu hadisəni öz xronikasında 1188-ci ildə rahib Rocer Vendrover yazır - ledi Qodivanın ölümündən 100 ildən artıq vaxt keçəndən sonra. O, hətta hadisələrin dəqiq tarixini də göstərir - 10 iyul 1040-cı il.

Xanım Qodiva haqqında əfsanə o qədər məşhur idi ki, 13-cü əsrdə ingilis kralı I Eduard bu qeyri-adi hadisə haqqında bütün həqiqəti aydınlaşdırmaq qərarına gəlir. Nüfuzlu salnamələrə görə, o vaxtlar həqiqətən də Koventri şəhəri sakinlərinin vergiləri ləğv edilib. Lakin heç bir rəsmi salnamələrdə çılpaq qadına rast gəlinmir.