Qaxda traktor yanıb


Digərləri 09 İyn 2021 23:45:00 193 0

Qaxda traktor yanıb

Qax rayonunda traktor yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qorağan kəndində "T-82" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4,4 ton ot bağlamasının 2,2 tonu ot yanıb.

Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.