Gürcüstanda nikah qeydiyyatı ilə bağlı qadağalar yumşaldılır


Dünya 09 İyn 2021 21:20:00 150 0

Gürcüstanda nikah qeydiyyatı ilə bağlı qadağalar yumşaldılır

Gürcüstanda iyunun 9-dan ölkə daxilində nikah qeydiyyatının şənlik mərasimini keçirmə xidməti bərpa olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən evlənmək istəyən cütlük birgə ərizə təqdim etmək üçün Ədliyyə Evlərinə, icma mərkəzlərinə, ərazi idarələrinə, nikah evlərinə ziyarətini əvvəlcədən müvafiq qurumlarda elektron qeydiyyatdan keçməlidir.

Nikaha daxil olmaq istəyən şəxslər və onları müşayiət edənlər (10 nəfərdən çox olmayaraq) qeydiyyat məkanında maskadan istifadə etməlidirlər.