Azərbaycanda bu şəxslərin pensiyasına... vacib açıqlama


Digərləri 09 İyn 2021 21:30:00 188 0

Azərbaycanda bu şəxslərin pensiyasına...  vacib açıqlama

Azərbaycanda əhalinin orta yaş həddi o qədər də yüksək deyil. Bu göstərici kişilərdə 71, qadınlarda isə 74 ildir. Həmin dövrdə pensiya yaşının artırılması barədə qərarın qəbul edilməsinə təsir edən faktor isə əmək məhsuldarlığının və orta ömrün artması deyil, pensiya dövrünün azaldılmasıdır.

Son.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında politoloq Rəşad Həsənov deyib. O bildirib ki, məqsəd dövlət büdcəsindən və Dövlət Sosial Müdafiə Fondundan bununla əlaqədar ayrılan vəsaitlərin həcminin bu istiqamətdə toplanan vəsaitlərə uyğunlaşdırılmasıdır:

"Əmək bazarının leqallaşdırılması barədə qərarın qəbul edilməsi və bu istiqamətdə işlərin daha çevik həyata keçirilməsi daha yaxşı olardı".

Ekspert onu da qeyd edib ki, pensiya yaşı çatdığı halda çalışmağa davam edən vətəndaşların pensiyasına 6 ildən bir əlavələr edilir:

"Təhsil sahəsində çalışan vətəndaşlara pensiya yaşı çatan zaman 1 illik bunu artırmaq imkanı yaradılır. Akademik fəaliyyət zamanı isə bununla bağlı məhdudiyyət tətbiq edilmir.

Pensiya yaşı çatdıqdan sonra da işləməyə davam edən vətəndaşların hesabına yığılmış sığorta ayırmaları 6 ildən bir yenidən təkrar hesablanaraq qiymətləndirilir.

Belələliklə həmin vətəndaşın pensiyasına hər 6 ildən bir əlavələr edilir".