ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib FOTO


Digərləri 09 İyn 2021 19:18:00 167 0

ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib  FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb. Görüşdə ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı da müzakirə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə, nazir qeyd edib.