Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi əbədiləşdirilib FOTO


Digərləri 09 İyn 2021 17:06:00 165 0

Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi əbədiləşdirilib  FOTO

İyunun 4-də Kəlbəcər rayonunda xidməti fəaliyyətlərini yerinə yetirərkən ermənilər tərəfindən basdırılan minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.

Son.az AzTV-yə istinadən xəbər verir ki, onların adları "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.

Şəhidlərimizin ruhuna "Quran" oxunub, daha sonra ehsan verilib.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.