Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin nəzərinə 2 gün qaldı


Digərləri 09 İyn 2021 16:10:00 166 0

Sosial baxımdan həssas qrupa aid edilən tələbələrin nəzərinə  2 gün qaldı

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.