Bloger həbs olundu


Digərləri 09 İyn 2021 13:34:00 168 0

Bloger həbs olundu

Rusiyalı bloger Yuri Xovanski Sankt-Peterburqda terror fəaliyyətinə çağırış maddəsi üzrə şübhəli bilinərək saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə "Mash na Moika" telegram kanalı öz mənbələrinə istinadən xəbər verib.

Xovanskiyə qarşı ittihamın Rusiya Daxili İşlər Nazirliyinin "E" Mərkəzi tərəfindən aparılan yoxlama ilə əlaqəli olduğu qeyd edilir. Bloger Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ("Terror fəaliyyətinə açıq çağırışlar, terrorizmin ictimai əsaslandırılması və ya terrorizmin təbliği") ilə iş başladılıb.

Kamran Seyidov Son.az