Rusiya Paşinyanın seçilməyini istəmir


Siyasət 09 İyn 2021 13:55:00 59 0

Rusiya Paşinyanın seçilməyini istəmir

"Ermənistanda yenə də Nikol Paşinyanın şansı yüksək olaraq qiymətləndirilir. Amma son sorğular göstərir ki, Paşinyanın reytinqi 40%-dən artıq 22%-ə qədər aşağı düşüb".

Bunu Son.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Ermənistan əhalisi hətta Paşinyan seçkilərdə uduzsa belə, oradakı Köçəryan-Sarkisyan rejiminin hakimiyyətə gəlməsini istəmir:

"Paşinyanın əsas rəqibi olan keçmiş Qarabağ klanının nümayəndəsi Köçəryanın reytinqi isə həmişə çox aşağı faiz göstəriciyə malik idi. Onun da artıq reytinqi 20%-ə çatır. Bu o deməkdir ki, Paşinyan üçün həqiqətən də çox ciddi təhlükə qabaqdadır. Belə ki, onun bütün rəqibləri birləşiblər, vahid koalisiya şəklində ona qarşı mövqe tuturlar. Bundan başqa Rusiya da çox ağır şəkildə həm Qarabağ ermənilərinin, həm Ermənistan ordusundakı hərbçilərin, həm Dağlıq Qarabağdakı separatçıların əli ilə Paşinyanın əleyhinə təbliğat aparır, onun seçilməyini istəmir.

Qarabağ klanının ənənəvi olaraq Rusiyaya yaxın olduğu bəllidir. Robert Köçəryan Kremlin dostudur. Ona görə, o, müharibədəki rəzil məğlubiyyətin bütün günahını Paşinyanın üzərinə yıxıb, onu məğlub etmək istəyir. Rusiya çox açıq şəkildə Köçəryanı, Paşinyana qarşı koalisiyanın yaranmasını dəstəkləyir. Paşinyan isə buna qarşılıq olaraq Qərbdən dəstək umur, ona görə də o, Fransaya səfər etdi, Makronla görüşdü,  Fransada özünə dəstək aradı, eyni zamanda oradan Rusiyadan ikibaşlı şikayət etdi ki, Rusiya onu birmənalı olaraq dəstəkləmədi və s. Paşinyan göstərmək istəyir ki, əslində müharibəni uduzmaqda onun heç bir günahı yoxdur, torpaqları itirməkdə həm ondan əvvəlki hakimiyyətin yarıtmaz ordu siyasəti, yarıtmaz xarici siyasəti və iqtisadiyyatı iflic vəziyyətinə salmaqları dayanır. Eyni zamanda həm də göstərmək istəyir ki, Rusiyanın dəstək olmaması da Ermənistanın torpaqları itirilməsində əhəmiyyətli rol oynayıb. O, bunları sübut etməyə çalışır. 

Uzun zamandır Paşinyana qarşı kampaniya öz effektini vermirdi. Belə ki, əhali oradakı Köçəryan-Sarkisyan rejimindən bezib. 30 ildir bu qəddar, cinayətkar dəstə, hərbi qruplaşma, rüşvətxor, korrupsioner, cinayətkar Qarabağ klanı ölkəni idarə edib, insanların var-dövlətini oğurlayıblar, büdcəni talayıblar. Əhali aclıq əziyyəti çəkir, iqtisadi durumları çox pisdir, sosial durumları acınacaqlı vəziyyətdədir. Onlar ölkəni çapıb-talayıblar, ona görə də ölkə əhalisi hətta Paşinyan uduzsa belə, həmin cinayətkar klanı hakimiyyətə gətirmək istəmir. Ona görə də, Paşinyana dəstək davam edir, hətta anti-Paşinyan mitinqlərində 50-100 nəfərdən artıq adam görə bilmirik. Halbuki Paşinyanın təşkil etdiyi mitinqlərdə daha çox adam görmək mümkündür. Amma indi görünür ki, bəlkə müəyyən vədlərdə, müəyyən siyasi gedişlərlə Köçəryanın artıq reytinqini artırmağa çalışırlar. Düşünürəm ki, yenə də Paşinyana qalib gəlmək çətin olacaq. Təbii seçkilərdə Paşinyanı üstələyəcək bir lider yoxdur. Ancaq bir halda Paşinyana qalib gələ bilərlər: Ya seçkiləri hansısa şəkildə saxtalaşdıracaqlar, yaxud bir neçə müxalif namizəd çıxaracaqlar, bu yolla səsləri böləcəklər. Daha sonra isə həmin müxalif namizədlər Köçəryanla blokda birləşib Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqlar".

Təhməz Əsədov Son.az

Azərbaycanda yeni növ tərəvəz sortları təqdim edilib like
  • 09 İyn 13:54  
Digərləri Azərbaycanda yeni növ tərəvəz sortları təqdim edilib

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni növ tərəvəz sortlarını tə

arrow Ətraflı
Sübhan Bəkirov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb like
  • 09 İyn 13:51  
Siyasət Sübhan Bəkirov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvv

arrow Ətraflı
Əri Vəfa Şərifovanı DÖYDÜ like
  • 09 İyn 13:49  
Şou-biznes Əri Vəfa Şərifovanı DÖYDÜ

Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.

arrow Ətraflı
Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar like
  • 09 İyn 13:46  
Siyasət Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar

Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdi

arrow Ətraflı
Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib like
  • 09 İyn 13:45  
Siyasət Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib

Bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəm

arrow Ətraflı
İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər like
  • 09 İyn 13:39  
Dünya İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər

İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər.

arrow Ətraflı
Bloger həbs olundu like
  • 09 İyn 13:34  
Digərləri Bloger həbs olundu

Rusiyalı bloger Yuri Xovanski Sankt-Peterburqda terror fəaliyyətinə çağır

arrow Ətraflı
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı like
  • 09 İyn 12:19  
Digərləri Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı

Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov)

arrow Ətraflı
Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı like
  • 09 İyn 12:14  
Siyasət Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı

Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqəl

arrow Ətraflı
Xəzər dənizində balıqçı itkin düşüb like
  • 09 İyn 12:11  
Digərləri Xəzər dənizində balıqçı itkin düşüb

Dünən öz qayığı ilə dənizə balıq ovlamağa çıxan Salyan rayonunun X

arrow Ətraflı
Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər like
  • 09 İyn 12:09  
Digərləri Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər

Biləsuvarlı fermerlər ötən il əkdikləri pambığın subsidiya pulunu ala

arrow Ətraflı
Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı like
  • 09 İyn 12:07  
Digərləri Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı

Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının

arrow Ətraflı
Avtomobili polisin üzərinə sürən şəxslə bağlı like
  • 09 İyn 12:04  
Kriminal Avtomobili polisin üzərinə sürən şəxslə bağlı

30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində T

arrow Ətraflı
Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir  Senator like
  • 09 İyn 12:01  
Siyasət Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir Senator

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan

arrow Ətraflı
"Mail Naxçıvanski"nin qətlinin like
  • 09 İyn 11:59  
Digərləri "Mail Naxçıvanski"nin qətlinin

Ötən il iyulun 2-i saat 23 radələrində Suraxanı RPİ 30-cu PŞ-dən Hövsa

arrow Ətraflı