Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb


Siyasət 09 İyn 2021 14:01:00 81 0

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşü baş tutub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib. F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib. Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissini ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərə istinad edib.

Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış addımlar, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və s. barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hansı çimərliklər çimməyə yararlıdır? like
  • 09 İyn 13:58  
Digərləri Hansı çimərliklər çimməyə yararlıdır?

Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji

arrow Ətraflı
Lüdvik Mkrtçyan məni bir gün axşama qədər döydü, işgəncələr verdi like
  • 09 İyn 13:57  
Siyasət Lüdvik Mkrtçyan məni bir gün axşama qədər döydü, işgəncələr verdi

Erməni əsirliyində olarkən Lüdvik Mkrtçyan məni bir gün axşama qədər

arrow Ətraflı
Şuşada üç tarixi məscid bərpa edilir like
  • 09 İyn 13:56  
Siyasət Şuşada üç tarixi məscid bərpa edilir

Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və

arrow Ətraflı
Rusiya Paşinyanın seçilməyini istəmir like
  • 09 İyn 13:55  
Siyasət Rusiya Paşinyanın seçilməyini istəmir

"Ermənistanda yenə də Nikol Paşinyanın şansı yüksək olaraq qiymət

arrow Ətraflı
Azərbaycanda yeni növ tərəvəz sortları təqdim edilib like
  • 09 İyn 13:54  
Digərləri Azərbaycanda yeni növ tərəvəz sortları təqdim edilib

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yeni növ tərəvəz sortlarını tə

arrow Ətraflı
Sübhan Bəkirov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb like
  • 09 İyn 13:51  
Siyasət Sübhan Bəkirov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvv

arrow Ətraflı
Əri Vəfa Şərifovanı DÖYDÜ like
  • 09 İyn 13:49  
Şou-biznes Əri Vəfa Şərifovanı DÖYDÜ

Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.

arrow Ətraflı
Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar like
  • 09 İyn 13:46  
Siyasət Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar

Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdi

arrow Ətraflı
Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib like
  • 09 İyn 13:45  
Siyasət Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib

Bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəm

arrow Ətraflı
İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər like
  • 09 İyn 13:39  
Dünya İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər

İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər.

arrow Ətraflı
Bloger həbs olundu like
  • 09 İyn 13:34  
Digərləri Bloger həbs olundu

Rusiyalı bloger Yuri Xovanski Sankt-Peterburqda terror fəaliyyətinə çağır

arrow Ətraflı
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı like
  • 09 İyn 12:19  
Digərləri Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı

Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov)

arrow Ətraflı
Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı like
  • 09 İyn 12:14  
Siyasət Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı

Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqəl

arrow Ətraflı
Xəzər dənizində balıqçı itkin düşüb like
  • 09 İyn 12:11  
Digərləri Xəzər dənizində balıqçı itkin düşüb

Dünən öz qayığı ilə dənizə balıq ovlamağa çıxan Salyan rayonunun X

arrow Ətraflı
Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər like
  • 09 İyn 12:09  
Digərləri Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər

Biləsuvarlı fermerlər ötən il əkdikləri pambığın subsidiya pulunu ala

arrow Ətraflı