Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib


Siyasət 09 İyn 2021 13:45:00 80 0

Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib

Bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi cinayətkarları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Lüdviq Mkrtçyan Birinci Qarabağ Müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb.

Xosrovyan bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nayihəsinə ağır zərbələr yetirərək işgəncə verib. Lüdviq Mkrtçyan Kəlbəcərdə Murovdağda 94-cü ildə əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orda ona işgəncə verib, ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə müxtəlif xəsarətlər yetirib.

Lüdviq Mkrtçyan Alyoşa Xosrovyanla birlikdə bir qrup erməni ilə cinayət əlaqəsinə girərək 1993-cü ildə Ağdamın Cəbrayıllı kəndində əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüləndən sonra Şuşa həbsxanasında ona ağır işgəncələr verib. Lüdviq Mkrtçyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçaları ilə yaralı əsgərə xəsarətlər yetirərək ac-susuz saxlayıb.

O, 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseyn Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq şaxtalı havada qarın altında işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nayihəsinə ağır zərbələr vurub, işgəncə verib. Nəticədə Cavid Hüseyn Iki gözünün görmə qabiliyyətini itirib.

Bununla yanaşı, L.Mkrtçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğlunu Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib.

İttiham aktına görə, digər təqsirləndirilən Alyoşa Xosrovyan Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərə döyüb xəsarətlər yetirib.

Lüdvik Mkrtçyan erməni qruplaşması ilə birləşərək 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Həsənov Zahidi qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su tökərək döyüb, ac saxlayıb.

Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanan əsgər Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb 1 il yumruq və təpiklə vurub, siqaret kötüklərini bədənində söndürüb ağır işgəncə verib.

L. Mkrtçyan 1994-cü ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşənə işgəncələr verib, onu Ermənsitan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.

Azərbaycanlılara işgəncə verən L.Mktrtıçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna qarşı da amansız davranıb. O azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu vurub, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.

O 2020-ci il 15 oktyabrda əsgər Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib. Həmin gün o Azərbaycan Ordusu tərəfindən saxlanılıb.

İttiham aktına görə, Xosrovyan Alyoşa qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahar əldə edib.

O Birinci Qarabağ Müharibəsində Dağlıq Qarabağ bölgəsində yaşayan bir qrup erməni silahlı birləşmənin üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində baş nayihəsindən yaralanan Kazımov Həbibi 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.

O. L. Mkrtçyan və digərləri ilə birlikdə 1994-cü ildə əsir düşən Əliyev Famil Heydərəli oğluna Şuşa həbsxanasında saxlanarkən ağır xəsarətlər yetirib. Ac susuz saxlayıb.

Xosrovyan Mkrıtçyan və digərləri ilə Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Hüseyn Cavid Alı oğlu ilə Şuşa həbsxanasında bir il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.

1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində əsir düşən əsgər Babayev Kamil İdris oğlu ilə qəddar davranan A. Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.

Bundan başqa o 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədlikəndində gedən döyüşlərdə qarın nayihəsindən yaralanan əsgər Həsənov Zahid Əsgər oğluna hər gün işgəncələr verib, baş nayihəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.

Ağdam rayonunun Güllücə kəndində çiyin nayihəsində yaralanan əsir düşən Rzayev Zaur Vahid oğlu da Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlərə cəlb edib. Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib.

Xosrovyan ötən il oktyabrın 3-də Cəbrayıl şəhərinin yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılıb.

İttihama münasibət bildirən Lüdvik Mkrtçyan əsir və girovlara işgəncə vermədiyini bildirib.

A.Xosrovyan isə özünü ittihamlarda qismən təqsirli bilib və 2020-ci il oktyabr ayında qanunsuz olaraq Azərbaycan sərhəddini keçdiyini etiraf edib.

Prosesdə təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Hər iki şəxs indiki mərhələdə ifadə verməyib bildiriblər ki, onlar zərərçəkmişlərin ifadəsindən sonra ifadə verəcəklər.

Son.az 

İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər like
  • 09 İyn 13:39  
Dünya İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər

İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər.

arrow Ətraflı
Bloger həbs olundu like
  • 09 İyn 13:34  
Digərləri Bloger həbs olundu

Rusiyalı bloger Yuri Xovanski Sankt-Peterburqda terror fəaliyyətinə çağır

arrow Ətraflı
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı like
  • 09 İyn 12:19  
Digərləri Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı

Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov)

arrow Ətraflı
Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı like
  • 09 İyn 12:14  
Siyasət Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı

Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqəl

arrow Ətraflı
Xəzər dənizində balıqçı itkin düşüb like
  • 09 İyn 12:11  
Digərləri Xəzər dənizində balıqçı itkin düşüb

Dünən öz qayığı ilə dənizə balıq ovlamağa çıxan Salyan rayonunun X

arrow Ətraflı
Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər like
  • 09 İyn 12:09  
Digərləri Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər

Biləsuvarlı fermerlər ötən il əkdikləri pambığın subsidiya pulunu ala

arrow Ətraflı
Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı like
  • 09 İyn 12:07  
Digərləri Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı

Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının

arrow Ətraflı
Avtomobili polisin üzərinə sürən şəxslə bağlı like
  • 09 İyn 12:04  
Kriminal Avtomobili polisin üzərinə sürən şəxslə bağlı

30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində T

arrow Ətraflı
Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir  Senator like
  • 09 İyn 12:01  
Siyasət Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir Senator

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan

arrow Ətraflı
"Mail Naxçıvanski"nin qətlinin like
  • 09 İyn 11:59  
Digərləri "Mail Naxçıvanski"nin qətlinin

Ötən il iyulun 2-i saat 23 radələrində Suraxanı RPİ 30-cu PŞ-dən Hövsa

arrow Ətraflı
Məktəbin ayaqyolunda rəzalət: Direktor və köməkçisi...  "Ərim bilməsin" like
  • 09 İyn 11:54  
Digərləri Məktəbin ayaqyolunda rəzalət: Direktor və köməkçisi... "Ərim bilməsin"

ABŞ-ın Nyu-York şəhərindəki məktəb direktorunun davranışları böyük

arrow Ətraflı
Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb like
  • 09 İyn 11:39  
Digərləri Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb

Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

arrow Ətraflı
Qarabağda taxıl biçini başlayıb like
  • 09 İyn 11:37  
Digərləri Qarabağda taxıl biçini başlayıb

Qarabağda taxıl biçini başlayıb.

arrow Ətraflı
Rəqqasə Oksanadan maraqlı paylaşım like
  • 09 İyn 11:34  
Şou-biznes Rəqqasə Oksanadan maraqlı paylaşım

Rəqqasə-aktrisa Oksana Rəsulova oğlu Osmanın görüntülərini mediadan giz

arrow Ətraflı
Məşhur modelin körpəsi ilə şəkilləri narazılıq yaratdı like
  • 09 İyn 10:59  
Şou-biznes Məşhur modelin körpəsi ilə şəkilləri narazılıq yaratdı

Bir müddət əvvəl ana olan  məşhur model, dizayner və aktrisa Emili Ratak

arrow Ətraflı