Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar


Siyasət 09 İyn 2021 13:46:00 67 0

Məni Şuşa həbsxanasında dəmir parçası ilə döyüb qarın altında basdırdılar

Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Yasamal Rayon Məhkəməsində azərbaycanlı əsirlərə işgəncələr verən Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş Cavid Hüseyn deyib.

O bildirib ki, təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, Şuşa həbsxanasında cəllad idilər: "Hər ikisi Azərbaycan dilini bilir. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki bizi dəyişəcəklər. Bizi əvvəlcə bizi Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orda bizi dəmir boru ilə başımıza vururdular". Zərərçəkmiş deyib ki onu döyüb Şuşa həbsxanasının qarşısında qarın altında basdırıblar: "Qış idi, güclü qar yağmışdı.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir yoxsa sizin? Mən cavab verdim ki Qarabağ bizimdir . Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra Yenə Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi bizə baş çəkməyə. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar".

Cavid Hüseyn bildirib ki, ermənilər əsirlərə həm də mənəvi işgəncələr verib: "Biz Şuşa Həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirib bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin sizi öldürərlər. Onlar uşaqları nasis kimi böyüdürdülər. Bizi müxtəlif alətlərlə döyürdülər.

Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər.

Mkrtçyanın əlinin üstündə LMN yazısı var idi. Bu baxış zamanı da təsdiqləndi".

Son.az 

Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib like
  • 09 İyn 13:45  
Siyasət Ermənilər əsirləri xlorlu suda saxlayıb, gözlərini kor edib

Bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəm

arrow Ətraflı
İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər like
  • 09 İyn 13:39  
Dünya İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər

İsrail Azərbaycana minatəmizləmə işində dəstək göstərə bilər.

arrow Ətraflı
Bloger həbs olundu like
  • 09 İyn 13:34  
Digərləri Bloger həbs olundu

Rusiyalı bloger Yuri Xovanski Sankt-Peterburqda terror fəaliyyətinə çağır

arrow Ətraflı
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı like
  • 09 İyn 12:19  
Digərləri Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı

Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov)

arrow Ətraflı
Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı like
  • 09 İyn 12:14  
Siyasət Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı

Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqəl

arrow Ətraflı
Xəzər dənizində balıqçı itkin düşüb like
  • 09 İyn 12:11  
Digərləri Xəzər dənizində balıqçı itkin düşüb

Dünən öz qayığı ilə dənizə balıq ovlamağa çıxan Salyan rayonunun X

arrow Ətraflı
Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər like
  • 09 İyn 12:09  
Digərləri Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər

Biləsuvarlı fermerlər ötən il əkdikləri pambığın subsidiya pulunu ala

arrow Ətraflı
Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı like
  • 09 İyn 12:07  
Digərləri Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı

Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının

arrow Ətraflı
Avtomobili polisin üzərinə sürən şəxslə bağlı like
  • 09 İyn 12:04  
Kriminal Avtomobili polisin üzərinə sürən şəxslə bağlı

30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində T

arrow Ətraflı
Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir  Senator like
  • 09 İyn 12:01  
Siyasət Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir Senator

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan

arrow Ətraflı
"Mail Naxçıvanski"nin qətlinin like
  • 09 İyn 11:59  
Digərləri "Mail Naxçıvanski"nin qətlinin

Ötən il iyulun 2-i saat 23 radələrində Suraxanı RPİ 30-cu PŞ-dən Hövsa

arrow Ətraflı
Məktəbin ayaqyolunda rəzalət: Direktor və köməkçisi...  "Ərim bilməsin" like
  • 09 İyn 11:54  
Digərləri Məktəbin ayaqyolunda rəzalət: Direktor və köməkçisi... "Ərim bilməsin"

ABŞ-ın Nyu-York şəhərindəki məktəb direktorunun davranışları böyük

arrow Ətraflı
Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb like
  • 09 İyn 11:39  
Digərləri Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb

Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

arrow Ətraflı
Qarabağda taxıl biçini başlayıb like
  • 09 İyn 11:37  
Digərləri Qarabağda taxıl biçini başlayıb

Qarabağda taxıl biçini başlayıb.

arrow Ətraflı
Rəqqasə Oksanadan maraqlı paylaşım like
  • 09 İyn 11:34  
Şou-biznes Rəqqasə Oksanadan maraqlı paylaşım

Rəqqasə-aktrisa Oksana Rəsulova oğlu Osmanın görüntülərini mediadan giz

arrow Ətraflı