Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb


Digərləri 09 İyn 2021 11:39:00 184 0

Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb

Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 34 yaşlı  Namiq Ələkbərovun həyat yoldaşı Türkan Ələkbərovanı mütəmadi olaraq işgəncələrə məruz qoyduğu bildirilir. Türkan Ələkbərova davamlı ölümlə təhdid edildiyi üçün evdən qaçaraq ata evinə sığınıb.

Hadisə zamanı  Namiq qayınatası, 61 yaşlı  Eldar Bağırovun yaşadığı ünvana gələrək, elektrik enerjisini sayğacdan ayırıb və dostu ilə birlikdə kişinin mənzildən çıxmasını gözləyib. Elə hər şey bundan sonra baş verib.

Namiq Ələkbərov qayınatası  Eldar Bağırovun baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirərək onu xəstəxanalıq edib.

Qayınatasına ağır zərbələr endirən kürəkən daha sonra qayınanasına da hücum çəkib.

Xəstəxanaya çatdırılan 61 yaşlı kişi dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.