Məşhur modelin körpəsi ilə şəkilləri narazılıq yaratdı


Şou-biznes 09 İyn 2021 10:59:00 178 0

Məşhur modelin körpəsi ilə şəkilləri narazılıq yaratdı

Bir müddət əvvəl ana olan  məşhur model, dizayner və aktrisa Emili Ratakovski uşağı ilə ilk dəfə tətilə çıxıb. O, 30-cu yaşını əri  Sebastyan  Bear Makklard və oğlu  Silvester ilə birlikdə istirahətdə qeyd etməyi düşünüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bununla bağlı fotoları model özünün "İnstagram" hesabından paylaşıb.

Ancaq istirahətdən çimərlik geyimində fotolarını paylaşan aktrisa gözlədiyi reaksiya ilə üzləşməyib. Belə ki, körpəni qucağında saxlama forması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Kadrlarda modelin tək əli ilə saxladığı uşağın hər an yıxıla biləcək formada olması bir çoxları tərəfindən qınaqla qarşılanıb və o, öz bədən quruluşunu göstərmək üçün oğlunun həyatını təhlükəyə atmaqda ittiham olunub.