Goranboyda it 7 yaşlı uşağa hücüm edib


Digərləri 08 İyn 2021 23:19:00 194 0

Goranboyda it 7 yaşlı uşağa hücüm edib

Goranboyda 7 yaşlı uşaq itin hücumuna məruz qalıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

2014-cü il təvəllüdlü kənd sakini Hümbətli Rəvan Şamxal oğluna qəfildən it hücum edib. Sağ bud nahiyəsindən çoxsaylı dişlək xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb. Görülən tibbi yardım sayəsində uşağın vəziyyəti sabitləşib.