"Chrome"un Azərbaycanın internet bazarında payı azalıb


Digərləri 08 İyn 2021 23:55:00 199 0

"Chrome"un Azərbaycanın internet bazarında payı azalıb

2021-ci ilin mayında Azərbaycanın internet bazarında "Google Chrome" brauzerinin payı aprel ayı ilə müqayisədə 0,8 faiz azalıb.

Son.az ted.az-a istinadən bildirir ki, "Chrome" brauzerinin bazarda payı 77,01 faiz təşkil edib.

"Safari" brauzerinin may ayında payı aprellə müqayisədə 0,91 faiz artaraq 11,32 faiz təşkil edib.

"Samsung Internet" brauzerinin payı 0,2 faiz artaraq 4,6 faizə bərabər olub.

Eyni zamanda, may ayında "Opera" brauzerinin internet bazarında payı 0,22 faiz azalaraq 3,69 faiz təşkil edib.

"Yandex Browser" brauzerinin payı 1,32 faiz, "Microsoft Edge"in payı 0,87 faiz təşkil edib.