“WiFi 7” standartı yaxın illərdə yayılmağa başlayacaq


Digərləri 08 İyn 2021 21:15:00 137 0

“WiFi 7” standartı yaxın illərdə yayılmağa başlayacaq

"Qualcomm" şirkəti "Wi-Fi 7" simsiz rabitə standartı (802.11be) ilə bağlı texnologiyalar hazırlayır. Şirkət rəhbərliyinin sözlərinə görə, yeni standart əsasında hazır məhsullar yaxın illərdə təqdim ediləcək.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Qualcomm"un baş vitse-prezidenti Rahul Patelin sözlərinə görə, şirkət "Wi-Fi 6" texnologiyaları əsasında smartfon, kompüter, marşrutlayıcı və digər avadanlıqlar üçün həllərin buraxılışında böyük təcrübəyə malikdir, yeni "Wi-Fi 6E" standartı əsasında məhsullar isə ötən ilin ikinci yarısından buraxılır.

Şirkət nümayəndəsi bildirib ki, yeni "Wi-Fi 7" texnologiyası radiotezlik spektrlərini kombinə edərək "Wi-Fi 6" ilə müqayisədə iki dəfə çox məlumat ötürmə sürətini təmin edəcək. Yeni "Wi-Fi" texnologiyasının yaxın iki ildə tətbiqi planlaşdırılır. "Qualcomm" təmsilçisinin sözlərinə görə, şirkət əvvəlki standartlı simsiz prosessorlardan istifadə edən qurğularla keyfiyyətli əks-uyğunluğu təmin edəcək.

Qeyd edək ki, "Wi-Fi 7" standartının mənimsənilməsi üzrə işləmələri digər istehsalçılar da hazırlayır.