LvovBakı istiqamətində uçuşlara başlanılacaq


Digərləri 08 İyn 2021 22:03:00 156 0

LvovBakı istiqamətində uçuşlara başlanılacaq

Ukraynanın aşağıbüdcəli aviaşirkəti "SkyUp" iyulun 5-dən ölkənin Lvov şəhərindən Bakıya və əks istiqamətdə reyslər yerinə yetirməyə başlayacaq. Lvovdan Bakıya uçuşlar hər həftənin bazar günləri, Bakıdan Lvova isə bazar ertəsi günləri həyata keçiriləcək.

Təyyarə Lvovdan yerli vaxtla saat 22:50-də qalxaraq Bakıya saat 03:25-də çatacaq, Bakıdan isə yerli vaxtla saat 04:25-də qalxaraq, Lvova saat 07:20-də çatacaq.