Yeni nəsil “WiFi” çipləri 23 il sonra əlçatan olacaq


Digərləri 08 İyn 2021 22:20:00 197 0

Yeni nəsil “WiFi” çipləri 23 il sonra əlçatan olacaq

"Qualcomm", "MediaTek" və "Broadcom" şirkətləri "Wi-Fi 7" çiplərinin hazırlanmasına başlayıblar.

Son.az ictnews.az-a istinadən bildirir ki, simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, "Wi-Fi 6" və "Wi-Fi 6E" standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.

Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər "Wi-Fi 7" çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.

Emil Hüseynov