SentEtyen şəhərində erməni qatillərə qarşı etiraz nümayişi keçirilib


Dünya 08 İyn 2021 21:41:00 166 0

SentEtyen şəhərində erməni qatillərə qarşı etiraz nümayişi keçirilib

Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib.

Ətrafdakı sakinlərin telefon vasitəsi ilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya bilməyib, yerə yıxılan qambiyalı gəncə erməninin hücum edərək təpikləməsi insanı dəhşətə gətirir.

Bildirilir ki, hadisə rasist zəminində baş verib. Bu gün afrikalılar ermənilərin törətdikləri qətl hadisəsinə etiraz nümayişi edərək, qətlə yetirilmiş qambiyalı Yusuf üçün ədalət tələb ediblər. Nümayişə Sent-Etyen şəhərinin merinin də qatıldığı qeyd edilir.

Daim ağlayaraq, özlərini yazıq kimi qələmə verməyə çalışan ermənilər terrorçu xislətlərini və əməllərini artıq gizlədə bilmirlər.